İkinci Qarabağ savaşında qəhrəmanlıqları ilə seçilən döyüşçülərimizə xalq arasında xüsusi rəğbətin yaranması və onların cəmiyyətdə populyarlaşması bəzi iş adamlarının bir az da varlanmaq istəyini artırıb.
Bu günlərdə sosial şəbəkələrdə və mətbuatda Vətən savaşının qəhrəmanlıq simvollarından biri, cəsur topçumuz Vüsal Şahkərimovun şəkli vurulan “Topçu” arağının fotoları yayılıb.
Bu addımın cəmiyyətdə böyük etiraza səbəb olması arağın istehsalı ilə məşğul olan “Azgranata” MMC-nin sonradan öz məhsulunu mağazalardan gerı çağırması ilə nəticələndi.
Şirkət adıçəkilən addımını Vüsal Şahkərimovun atasının razılığı ilə atdığını desə də cəmiyyətin buna reaksiyası dəyişmədi.
Bu arada Gununsesi.info topçumuzun adı ilə pul qazanmaq istəyən iş adamının kimliyini öyrənib.
Məlum olub ki, “Azgranata” Şirkətinin İdarə Heyətinin sədri Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevdir.
“Mirzəyev və partnyorları” Vəkil Bürosunun rəhbəri olan Şaiq Mirzəyev Vəkillər Kollegiyasının sədri Anar Bağırovun yaxın adamlarından biri kimi tanınır.
“Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu
03
dekabr
09:18

Qarabağ
KOMMENTLƏR
Daha bir vəkil koronavirusdan vəfat etdi
Vüsalın atası “Topçu” arağının istehsalının dayandırılmasını istədi
Vüsalın şəkli vurulan “Topçu” arağı müzakirə yaratdı - FOTO
Tanınmış vəkil vəzifəyə TƏYİN EDİLDİ
Bakı Nəqliyyat Agentliyində KÜRSÜ QOVĞASI... - "Vüsal Kərimlinin yerinə müavini Elçin Mustafayev təyin ediləcək..."
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat