"AZGRANATA" MMC tərəfindən “Topçu” adlı yeni vodka məhsulunun istehsalı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. Bəzi istifadəçilər müqəddəs amal uğrunda döyüşən hərbçinin fotosunun içki üzərində əks olunmasının yolverilməz olduğunu vurğulayıblar.
“AZGRANATA” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli açıqlamasında bütün prosedurların qanunauyğun şəkildə həyata keçirildiyini deyib:
“Şirkətimizin rəhbərliyi topçu əsgər Vüsal Şahkərəmovun atası Şahkərəmov İslam Hacıağa oğlu ilə danışaraq, ondan rəsmi olaraq icazə alıb.
Belə olduğu halda, bu məhsulun müəssisəmizdə istehsal edilməsinə, satışa göndərilməsinə heç bir problem və qanunauyğunsuzluq halı yoxdur.
“AZGRANATA” MMC olaraq fəaliyyətimiz dövründə hər zaman dövlətimizin ali qanunlarına əməl edərək, xalqımıza keyfiyyətli məhsullar təqdim etməyi özümüzə vacib borc bilmişik”.
Məsələ ilə bağlı topçu Vüsalın atası İslam Şahkərimov Modern.az-a şirkət tərəfindən onun razılığının alındığını təsdiqləyib.
Əsgərin atası deyib ki, bunun üçün şirkətlə hansısa müqavilə imzalanmayıb və ödəniş olunmayıb:
“Mənimlə əlaqə saxladılar və bildirdilər ki, Vüsalın fotosu olan məhsul istehsal etmək istəyirlər, razılıq verdim. Amma indi narazılıq yarandığını görürəm. Ona görə də qərara gəldim ki, şirkətə oğlumun fotosu olan məhsulun istehsalının dayandırılması ilə bağlı müraciət edim. Çünki anlayıram ki, doğru qərar olmayıb”.
Vüsalın atası “Topçu” arağının istehsalının dayandırılmasını istədi
30
noyabr
12:54

Qarabağ
KOMMENTLƏR
Vüsalın şəkli vurulan “Topçu” arağı müzakirə yaratdı - FOTO
Ermənistanın yeni XİN rəhbəri azərbaycanlı imiş - Hacıqabuldandır
“Bəşəriyyət Azərbaycanın bu qələbəsini “İnsani zəfər” olaraq qəbul edəcək” - Yalçın Topçu
Atalar və oğullar: Daşaltı döyüşçüsünün oğlu Qubadlıda qazi oldu (VİDEO)
Bütün Azərbaycanı qürurlandıran topçunun atası oğlundan danışdı: Telefonu qucaqlayıb öpdüm...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat