“Müharibə Ermənistanın iç üzün açıb ortaya qoydu, göstərdi ki, onun dövlət atributları-iqtisadiyyatı, siyasəti, ordusu yoxdur”.
Bu sözləri açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
O bildirib ki, 44 günlük müharibə zamanı Ermənistan dövləti və cəmiyyəti böhran keçirib:
“Prezident İlham Əliyevin də dediyi kimi, əgər bir dövlət kimi yoxsansa, yaşaya bilmirsənsə, bayrağını endir, qoy cibinə və hər hansısa bir dövlətin tərkibinə daxil ol. Həmişə deyirdilər ki, Ermənistan Rusiyaya tabedir, dövlət yox, bir quberniyadır, forpostdur. Baş verənlər, doğrudan da, Ermənistanın dövlətçilik, müstəqil yaşamaq ənənəsinin olmağını nümayiş etdirdi”.
Ekspert qeyd edib ki, Ermənistanın daxildə qarabağlılarla yerevanlılar arasında böyük bir konflikt var:
“Müharibənin gedişatında problemlər yaşananda, Paşinyan başqa çıxış yollarının olmadığını, sənədə imza atmalı olduğunu deyirdi. Bu tip çıxışları separatçı rejimin başçısı Arayik Arutyunyan da edirdi. Ancaq bütün mətbuat və Ermənistan siyasətçiləri Paşinyanın üzərinə düşürdü. Arutyunyan qarabağlı olduğuna görə ona bir söz deyilmirdi. Həmçinin qarabağlı və yerevanlı generallar arasında da böyük konfliktlər var. Qondarma respublikanın hərbi naziri ilə Ermənistan hərbi naziri arasında ciddi gərginlik höküm sürür. Bu isə o deməkdir ki, Ermənistan dövləti tənəzzülə uğrayıb. Onların yaşam tərzi ancaq dilənmək, ondan-bundan kömək istəməkdən ibarətdir. Koronavirus yayılmağa başlayanda biz Ümumdünya Səhiyyə Təşkilatı səviyyəsində bir çox dövlətlərə kömək elədik. Amma Ermənistan əl açıb digər dövlətlərdən kömək istədi. Bu gün də biz şahidik ki, Ermənistan ətraf dövlətlərə humanitar yardımla əlaqədar müraciət edir. Çünki onlar köməksiz yaşamaq gücünə malik deyillər”.
“Qarabağlı və yerevanlı generallar arasında böyük konflikt var” - Politoloq
03
dekabr
16:46

Qarabağ
KOMMENTLƏR
Mən ədalətin tərəfindəyəm, ədalət isə Azərbaycanın - Şevçenko
“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Markov
"Əgər hadisələr cığırından çıxarsa, Azərbaycan-Türkiyə hərbiçiləri istənilən hədəfi nişan alacaqlar"
"İlham Əliyevin Türkiyəyə dəstəyi qardaşlıq münasibətlərimizin nə qədər möhkəm olduğunu bir daha göstərdi"
Bahar Muradova: "Ermənistan rəhbərliyi Njdeyə heykəl qoymaqla dövlət siyasətlərinin faşizm ideologiyasına söykəndiyini birmənalı şəkildə ortaya qoyur"
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat