Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus xəstəsinin taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Loğman Səfərovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, karantin qaydaları izah olunub. Buna baxmayaraq L.Səfərov olunan xəbərdarlığa məhəl qoymayaraq yaşadığı evi tərk edib və özünə məxsus 02-BS-645 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.
L.Səfərov yaşadığı ünvanı tərk etməklə və taksi fəaliyyəti ilə məşğul olmaqla karantin rejimi qaydalarını kobud şəkildə pozub, digər şəxslərin də infeksiyaya yoluxmasına şərait yaratmaqla onların sağlamlığını təhlükə altında qoyub.
Polis əməkdaşları tərəfindən həmin şəxs idarə etdiyi avtomobillə şəhər ərazisində olarkən saxlanılıb, əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və o, yaşadığı ünvana geri qaytarılıb.
L.Səfərov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanıldı
04
dekabr
11:32

Qarabağ
KOMMENTLƏR
Polislər koronaviruslu taksi sürücüsünü bu yolla iş başında yaxaladı - VİDEO
Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb
Yaşadığı ünvanı tərk edən koronavirus xəstələri saxlanılıb
Evdən qaçan koronavirus xəstəsi saxlanıldı
Mingəçevirdə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat