“İllərdir doğulduğu yerlərdən uzaq qalan, məmləkət həsrəti ilə yanan 1 milyon qaçqın və məcburi köçkün qardaşımız artıq doğulduqları ərazilərə qayıtmaq üçün səbirsizlənir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.
“İnşallah, ən qısa müddətdə bu qardaşlarımızın həsrətinin sona çatacağına inanırıq. Əziz qardaşlarım, Dağlıq Qarabağa dağıntı, qətliam və göz yaşından başqa heç nə gətirməyənlərin də artıq ağıllarını başına yığması lazımdır. Erməni rəhbərlər xalqın resurslarını Azərbaycanın ərazilərini işğal altında saxlaya bilmək üçün istifadə edib. Halbuki bu resurslar mənasız müdafiə xətlərinə, silahlara, gözlərini kin və qan bürümüş rəhbərlərin ehtiraslarına xərclənməmiş olsaydı, bu dəqiqə mənzərə tamam fərqli olardı. Erməni siyasətçilərin bunu yaxşı təhlil edərək sülh və sabitliyin əsasında gələcəyini qurması yolunda cəsur addımlar atacağına ümid edirik. Ermənistan xalqının da özlərini keçmişin yalanları ilə başını qatan, kasıblığa məhkum edən diasporun əsarətindən qurtulmasını diləyirik. Qərb imperialistlərinin dəstəkləməsi ilə heç nəyə nail olunmayacağı görülməli, düşmənçilik yerinə mehriban qonşuluq əsasında münasibətlər yenidən müzakirə olunmalıdır. Ermənistan xalqı Qarabağda yaşananlardan dərs çıxararsa, bu, bölgədə yeni bir dövrün başlanğıcı olacaq.”, - o qeyd edib.
"Ermənistan dərs çıxararsa, bu, bölgədə yeni bir dövrün başlanğıcı olacaq” - Ərdoğan
10
dekabr
15:05

Qarabağ
KOMMENTLƏR
Ərdoğan ermənilərin kəndlərimizi dağıtmasından DANIŞDI
"Azərbaycan İlham Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək" - Ərdoğan
"Onları cəbhəyə göndərən anaların əllərindən öpürəm" - Türkiyə Prezidenti
Bakıda möhtəşəm Zəfər paradı - CANLI YAYIM (YENİLƏNİR)
“Bu Zəfər Gününüzdə sizinlə bərabər olmaqdan bəxtiyar oluruq" - Ərdoğan
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat