Dekabrın 14-dən etibarən Azərbaycan ərazisində 5 şəhər və 12 rayonda giriş-çıxışlara məhdudiyyət qoyulacaq.
Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.
O bildirib ki, sərt karantin rejimi ilə əlaqədar həmin ərazilərə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq: “Quraşdırılan postlardan yalnız operativ nəqliyyat vasitələrinin və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) avtomobillərinin hərəkətinə icazə veriləcək, digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətinə icazə verilən sahələrin əməkdaşları və nəqliyyat vasitələri isə yalnız e-icaze.gov.az portalından qeydiyyatdan keçməklə hərəkət edə bilərlər”.
Şöbə rəisi bildirib ki, bununla yanaşı, dekabrın 14-sən etibarən həmçinin sərt karantin tətbiq edilən 5 şəhər və 12 rayonun ərazisində də hərəkət məhdudiyyəti tətbiqediləcək: “Həmin ərazidə yaşayan və fəaliyyətinə icazə verilməyən şəxslər yalnız sms – icazə ilə yaşayış yerini müvəqqəti tərk edə bilərlər. Bunun üçün də həmin şəhər və rayonların ərazisində karantin – nəzarət postları quraşdırılacaq. Postlar dekabrın 14-də saat 00:00-dan fəaliyyətə başlayacaq”.
Karantin postlarının yaradılacağı ərazilərin adı açıqlandı – SİYAHI
11
dekabr
14:06

Qarabağ
KOMMENTLƏR
Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
Postlardan keçə bilmək üçün icazə kağızı bəs etməyəcək – Şərtlər
Həftəsonu küçəyə çıxmaq 2000 manatadək cərimə və ya həbslə nəticələnə bilər - RƏSMİ
Karantin rejiminə baxmayaraq tranzit yük avtomobillərinin hərəkəti təmin edilir
Bakının bu küçələrində maşınların
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat