"Ölkədə sərt karantin elan olunan ərazilərdə fəaliyyətinə icazə verilən şəxslər də şəxsi avtomobillərindən qeyri-iş saatlarında istifadə etmədiyi halda məsuliyyətə cəlb oluna bilər"...
Bunu Bakı Səsi-nə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, şəxsi avtomobillərdən istifadə edən şəxslər yalnız iş saatlarında sərbəst hərəkət edə biləcəklər: "Əgər kiminsə hərəkətə icazəsi varsa, icaze-e.gov.az portalından qeydiyyatdan keçibsə, həmin şəxs yalnız iş saatlarında şəxsi avtomobilindən istifadə edə bilər. Həmçinin sms icazə ilə də icazəsi olan şəxs həmin icazə müddətində şəxsi avtomobilindən istifadə edə bilər.
Amma icaze-e.gov.az portalından qeydiyyatdan keçən şəxsin şənbə və bazar günləri iş yeri fəaliyyət göstərmirsə, həmin şəxsin o günlərdə evdən çıxması və şəxsi avtomobilindən istifadəsi qadağandır. Belə bir hal aşkar edilərsə, həmin şəxs məsuliyyətə cəlb olunacaq. Çünki onlara yalnız iş günləri işə və evə getməsi üçün icazə verilib. Qeyri-iş saatlarında həmin şəxslərin evdən çıxmaq və avtomobil idarə etməyə icazəsi yoxdur".
K.Əliyev qeyd edib ki, iş yerlərinə getmək üçün icazəsi olan şəxslər şəxsi avtomobillərini də icaze-e. gov.az portalından qeydiyyatdan keçirə bilərlər: "Çünki bunun üçün həmin portalda xüsusi bölmə var və yaxşı olar ki, həmin şəxs istifadəsində olan avtomobili qeydiyyatdan keçirsin".
bakisesi.com
Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
04
iyul
16:05

Qarabağ
KOMMENTLƏR
Rayonlara gediş-gəliş necə olacaq? - Rəsmi
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
Həftəsonu küçəyə çıxmaq 2000 manatadək cərimə və ya həbslə nəticələnə bilər - RƏSMİ
Bakıdan rayonlara və əks istiqamətdə necə gəlmək olar? — DYP-dən AÇIQLAMA - VİDEO
Bir avtomobillə bir neçə ailə üzvü gedirsə, hər biri üçün ayrılıqda icazə alınmalıdır - RƏSMİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat