Şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi Proqramı çərçivəsində də dəstək göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentiyi tərəfindən həmin proqram çərçivəsində işəgötürənlərlə bağlanmış müqavilələr əsasında artıq 125 nəfər şəxsə işlə təmin edilmək üçün göndəriş verilib.
Nazirlikdən verilən məlumata görə, onlardan bir hissəsi Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və həmin müharibənin iştirakçılarıdır.
Göndəriş verilənlərdən 24-ü ilə əmək müqaviləsi bağlanıb, qalanları ilə qısa müddətdə müqavilələr bağlanacaq.
Proqramda iştirak etmək üçün son günlərdə 58 işəgötürən müraciət edib. “Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan həmin işəgötürənlərdən artıq 35-i ilə müqavilə imzalanıb. İşəgötürənlərin proqrama müraciətləri, həmçinin onlarla müqavilələrin imzalanması, göndəriş verilmiş şəxslərlə əmək müqavilələrinin bağlanması prosesi davam edir.
Qeyd edək ki, bu proqram əsasında göndəriş verilmiş və işəgötürənlər tərəfindən işlə təmin edilən şəxslərin əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub.
Proqram üzrə göndərişlərin verilməsi zamanı şəhid ailəsi üzvlərinə, müharibə iştirakçılarına, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.
İşəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər.
Bir qrup şəhid ailəsi və müharibə iştirakçısı işlə təmin edildi
17
dekabr
16:03

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat