“Ağdam şəhərini – ondan qalan yerləri – ziyarət edən əcnəbi jurnalistlər oranı Qafqazın Hiroşiması adlandırırlar. Fikrimcə, bu Hiroşimadan da betərdir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.
“Hiroşima faciədir, ancaq onun üzərindən vandal və barbar yığını keçməyib. Ağdam şəhəri işğaldan sonra şüurlu, məqsədyönlü şəkildə dağılıb. Füzuli şəhəri də eyni durumdadır. Biz oranı azad edəndən sonra mən Azərbaycan bayrağının evlərin birindən yüksəldilməsini əmr edəndə mənə deyildi ki, belə bir bina yoxdur. Hər şeyi yerlə yeksən ediblər. Eyni vəziyyət Cəbrayılda da var. O da mövcud deyil. Qeyri-qanuni məskunlaşmanın aparıldığı şəhərlərdə müəyyən binalar qalırdı, xüsusilə Kəlbəcər rayonunda. Ancaq onlar ermənilərə tərk etmək üçün verilən müddət ərzində yandırılıldı və dağıdıldılar. Onlar evləri dağıdırdılar, o evləri ki, heç özləri tikməyiblər. Onlar sadəcə azərbaycanlıların evlərinə məskunlaşmışdılar. Onlar evləri yandırırdılar. Onlar ağacları kəsirdilər. Hətta satmaq üçün kəsdikləri ağacları apara bilməyəndə yolun kənarına atırdılar. Meşələri yandırırdılar. Yəni vandalizm indiyədək davam edib”, - dövlət başçısı bildirib.
“Ağdamın vəziyyəti Hiroşimadan betərdir“ - Prezident
18
dekabr
15:42

Qarabağ
KOMMENTLƏR
Əliyev Putinin açıqlamasını şərh edib
Ermənistan taxıl istehsalının yarısını bizim torpaqlarımızdan götürürdü
Deputatlar işğaldan azad olunmuş ərazilərə niyə getməyib?
Prezident Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollardan DANIŞDI
Düşmən Kəlbəcərə görə cavab verəcək - İlham Əliyev (VİDEO)
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər