Avropa Komissiyası bu qış Avropa İttifaqı ölkələrinin koronavirusa qarşı mübarizə strategiyasını açıqlayıb.
İnsanların qapalı məkanlarda daha çox toplaşdığı qış fəsli ərzində təhlükəsizlik və səmərəli peyvənd tətbiq olunanadək ayıq-sayıq və ehtiyatlı davranmaq tövsiyə olunur. Sonrakı dövrdə isə məhdudiyyətlərin tədricən, əlaqəli şəkildə ləğvinə dair müvafiq göstərişlərin veriləcəyi bildirilir.
Hazırkı mərhələdə isə ara məsafə saxlamaq, sosial təmasları azaltmaq, test keçirmək, səyahətlərin təhlükəsizliyi üçün tədbirlər görmək, pandemiyadan bezmiş əhalinin psixi sağlamlığını qorumaq kimi nəzarət tədbirləri tövsiyə olunur.
Xatırladaq ki, koronavirus pandemiyası dövründə dünyada 64 milyondan çox insan yoluxub, bunların 1,5 milyona yaxını dünyasını dəyişib, 44 milyondan çoxu da sağalıb. (Report)
Avropanın koronavirusa qarşı mübarizə strategiyası açıqlanıb
03
dekabr
11:05

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA