“Qərəzli olduğumu zənn edənlərə görə çoxdandır ki, Ramiz Mehdiyev və Əli Həsənov tandeminin vurduğu ziyandan yazmırdım. İndi yazacağımı hamının bir daha təhlil etməsini və bu tandemin Azərbaycana vurduğu ziyanı görməsini xahiş edirəm”.
Yenisabah.az xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov deyib. O qeyd edib ki, müharibə dövrü arxa cəbhədə ən aktiv olacaq şəxslər jurnalistlər və QHT sektorunun nümayəndələri olmalı idi və qismən oldular:
“Buradan tanıdığım bəzi jurnalistlərin, fəalların adlarını çəkib təşəkkür etməklə yanaşı, onların fəaliyyətini Ramiz Mehdiyev və Əli Həsənov cütlüyünün uzun illərdir bizə sırıdıqları, fəxri adlarla, orden-medallarla, mənzillərlə mükafatlandırdıqları jurnalistləri və QHT nümayəndələrini müqayisə edin.
Başqalarını bilmirəm, mən bu tandemin sifarişi ilə cəmiyyəti parçalayan, həqiqəti deyənləri xalq düşməni kimi təqdim edənlərin ancaq TV ekranlarından pafoslu danışmaqlarını və reklam üçün cəbhə bölgəsində çəkdirdikləri şəkillərini gördüm. Onların cəmiyyətə xeyirindən dəfələrlə çox ziyanı dəydi. Bu tiplərdən birinin Qarabağ döyüşçülərini qaliblər və məğlublara bölməsini yada salmaq kifayətdir”.
Hüquqşünas müharibə dövründə fəaliyyətləri ilə diqqət çəkən jurnalistləri xüsusi vurğulayıb:
“Əlbəttə, real iş görmüşlərdən adını bilmədiklərim də ola bilər, ancaq fəxri adlar daşıyan, orden-medallı, mənzil alan tanınmış ictimai-siyasi xadim, jurnalist olmayacaqlarına əminəm.
Artıq "Təkər Elnur" kimi tanınan ictimai fəal Elnur Əliyevi müharibə dövrü tanıdım və onun elə ancaq təkər yükləyərkən hansı əmək və ürək sərf elədiyini hamı kimi mən də gördüm. Hər gün xüsusi olaraq jurnalist Səxavət Məmmədi izləyirdim və onun ön cəbhədən obyektiv yazılarını məmnuniyyətlə oxuyurdum. Onlar kimi jurnalist, ictimai fəal Cəmil Məmmədlinin, Seymur Kazımovun, Əziz Elxanoğlunun adlarını çəkmək olar.
Maya Quliyeva jurnalist olsa da, cəbhə bölgəsində evini anbar kimi istifadə edib. Ağdama gələn yardımların böyük hissəsi onun evində cəmləşib və oradan hərbçilər gəlib aparıb. Bir dəfə həyətlərinə mərmi düşüb, özü və anası da yaralanıb. Oğlu isə döyüşlərdə şəhid olub. Vasif Qurbanzadə bütün işin-gücün atıb, döyüşlər başlayandan bitənə qədər səngərlərdə əsgərlərin ehtiyaclarını ödəmək üçün əlindən gələni edib. Onlar kimi Tofiq Şahmuradovun, Kənan Kərimovun, Elmar Hüseynovun, Emin Tarverdiyevin, Vüqar Kərimovun və digərilərinin də adlarını çəkmək olar. Özü də bunların sırasında şəxsən az müddətdə tanıdığım yeganə jurnalist Cəmil Məmmədlidir. Burada adlarını çəkmədiyim, ancaq müharibə dövrü səmimi, heç kimə minnət qoymadan onlarla jurnalist, fəallar oldular ki, müharibəyə qədər onlar R.Mehdiyev - Ə.Həsənov dəstəsi tərəfindən gözümçıxdıya salınmışdılar.
Bu gün də gördüyüm odur ki, bu dəstə hakimiyyətdən getsə də, onların əlaltıları hələ də iş başındadır. Bunu müharibə dövrü kimlərin xüsusi tapşırıqlarla, reklam olunmaları üçün cəbhəyə getmələrinə şərait yaradılmasında da görmək olardı. Əvəzində bir çox səmimi, real işlə məşğul olan vicdanlı jurnalistlərə, ictimai fəallara manelər yaradıldı. Nə qədər ki insanlara real əməklərinə görə yox, kimlərinsə yaxını olduqlarına görə qiymət veriləcək, köhnə problemlərdən qurtulan deyilik”.
“Çoxdandır ki, Ramiz Mehdiyev və Əli Həsənov...”
21
dekabr
13:09

Qarabağ
KOMMENTLƏR
Ramiz Mehdiyev dövlətin ayırdığı pulları "moyka"ya və digər sahələrə xərcləyir - AÇIQLAMA
"Əli Həsənov son 5-6 ildə Prezident olmaq istəyirdi" - İŞ APARIRMIŞ...
"Ramiz Mehdiyev təcili həbs edilsin!" - PARTİYA SƏDRİ
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat