Müğənni Damla koronavirusu ağır keçirdiyini bildirib.
Sosial şəbəkə hesabında bu barədə paylaşım edən ifaçı çox əziyyət çəkdiyini və bu dövrdə sürətlə çəki atdığını yazıb:
“Həmişə 55 kilo çəkidə olmaq xəyalım olub. Nədənsə 58-57 kilodan heç vaxt enə bilməmişəm. Cəsarətim, səbrim çatsa da səhhətim buna yol verməyib. Bir gün ağlıma belə gəlməzdi ki, xəstəlikdən çəkimi itirə bilərəm. Dərbənddə olarkən koronavirua bəlasına mən də yoluxdum. Tam 20 gün evdən, ailədən sevdiklərimdən uzaqda çox ağır günlər yaşadım. Bu 20 günlük yataq xəstəliyim mənim üçün ölümə bərabər idi. Sürətlə zəifləməyə başalamışdım. Bəli, 55 kiloya endim. Amma o gün anladım ki, həqiqətən sağlamlıq qədər bahalı miras yoxdur. Bu foto 55 kilo çəkimin əsəridir. Hər dəfə "İnstagram"da bu fotomu görəndə Dərbənd və yaşadığım xəstəliyimlə bağlı ürək ağrıdan xatirələrim yadıma düşür”.скачать dle 12.1