osial şəbəkədə jurnalist Həmid Həmidov koronavirusa yoluxmuş şəxslərin cəsədlərinin qarışması ilə bağlı məlumat paylaşıb.

"MediaPost" xəbər verir ki, hadisənin Gəncədə yaşandığı bildirilib.

"Xaricdə yaşayan bir vətəndaşın anası Gəncədə yaşayır, koronavirusa yoluxub, təəssüf ki, vəfat edib. Möhürlənmiş tabutunu gətirdilər. Heç bir halda açmamağı söylədilər. Qohumlar qadını dəfn etdilər. Bir neçə gün sonra rəsmi sənədlər gətirilir və insanlar sənədləri görüb dəhşətə gəldilər. Sən demə, cəsədlər dəyişik düşüb və onlara tamamilə başqa insanın cəsədini gətiriblər. Gedib qazdılar. Əmin oldular ki, başqa insanın cəsədidir. Qadının cəsədini axtarmağa başladılar. Tamamilə başqa bir yerə basdırıldığı ortaya çıxdı və nəticədə, 12 nəfərin cəsədinin bu şəkildə qarışdığı ortaya çıxdı... Hətta, Bərdəyə qadın cəsədi əvəzinə səhvən kişi cəsədi göndərilib. Bu, TƏBİB-in biabırçılığıdır!" - şikayətdə qeyd olunub.

Məsələ ilə əlaqədar "MediaPost"a açıqlama verən TƏBİB-də yeni yaradılan İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirib ki, bu məsələyə biz baxmırıq:

"TƏBİB-in işi xəstəxanalarda müalicə ilə bağlıdır. Ölmüş şəxsləri biz Pataloji Anatomiya Birliyinə təhvil veririk. Ona görə bu məsələ bizimlə əlaqəli deyil".

Sözügedən məsələ ilə əlaqədar Pataloji Anatomiya Birliyi ilə əlaqə saxlamağa çalışsaq da, suallarımıza cavab verəcək şəxs tapılmadı.

Rayonda koronavirusa yoluxan şəxslərin cəsədləri qarışdı?


скачать dle 12.1