Bir neçə ölkədə yeni növ koronavirusun mutasiyaya uğramış formasının aşkarlanması insanlar arasında müəyyən təşviş hissi yaradıb. Mutasiyaya uğrayan virusun yeyinti və qeyri-yeyinti məhsulları vasitəsilə ölkəmizə də keçmək ehtimalı ola bilər. Ancaq bu, həmin virusun daha təhlükəli olması demək deyil.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.
O bildirib ki, dünyanı narahat edən həmin mutasiya virusun bir xüsusiyyətini dəyişib və bunun nəticəsində onun yoluxuculuq qabiliyyəti artıb:
“Azərbaycan da dünyanın bir hissəsidir və onun ölkəmizə gəlmək ehtimalı istisna edilmir. Virusdan xilas olmağın yeganə yolu olan vaksinlər gələn ilin əvvəllərində ölkəmizə gətiriləcək. İndi insanları onun hansı qrup əhali arasında aparılacağı və kimlərin həmin tədbirdən kənarda qalacağı daha çox düşündürür. Mütəxəssislərin dediyinə görə, bəzi xəstələrə peyvəndin əks təsiri də var. Vərəm, kəskin respirator virus xəstəliyi və insult keçirənlər üçün peyvənd təhlükəli ola bilər”.
Professor məsələyə aydınlıq gətirərək qeyd edib ki, kiminsə xəstəliyi keçirmək və onu təsdiq edən sənəd varsa, ona mütləq baxılacaq:
“Hansısa vaksinin yan təsiri və əks-göstərişi varsa, mütləq həmin amillər nəzərə alınacaq. İndi hər yerdə həmin peyvəndin vurulmasına başlanılacağı gözlənilir. Yeni vaksinə böyük ümid bəslənilir. Əlbəttə ki, ilk növbədə vaksinasiyaya risk qruplarından başlanılacaq.
Peyvənd vurulan zaman insanda heç bir virus və bakterioloji infeksiya, qrip və qızdırma olmamalıdır, çünki adətən vaksinasiyadan sonra insanın hərarəti qalxır və özünü əzgin hiss edir”.
Bu şəxslər üçün peyvənd təhlükəli ola bilər
25
dekabr
12:59

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat