Xudafərin gömrük-keçid məntəqəsinin açılması Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirak etmək, iqtisadi əlaqələri daha da genişləndirmək və vətəndaşların qarşılıqlı səfərlərini asanlaşdırmaq üçün əhəmiyyətlidir. Bu məntəqə iki qonşu və dost dövlətin iqtisadi-ticarət əlaqələrinin inkişafına təkan verəcək.
Bu sözləri İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. O bildirib ki, Təbrizin Azərbaycan ərazisinə yaxın olması səbəbindən bu gömrük məntəqəsinin açılması, Qarabağın yenidənqurma prosesində İran şirkətlərinin iştirakını təmin edəcək. Ehtiyac duyulan avadanlıqların və əşyaların verilməsində çox vacib və həlledici rol oynayacaq. Artıq valinin imzası ilə gömrük-keçid məntəqəsinin yaradılması tələbi ilə hökumətə müraciət hazırlanır.
Xudafərin körpüsünün yenidən qurulması nəticəsində İranın Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan Respublikasının işğaldan azad edilən rayonları ilə əlaqələr inkişaf edəcək. Bu əlaqələrin qurulub inkişaf etdirilməsi isə İran üçün prioritet siyasi xətdir.
Ə.Cahangiri vurğulayıb ki, Xudafərin gömrük-keçid məntəqəsinin açılışı Türkiyə daxil olmaqla, bölgə ölkələrinin İranın tranzit imkanlarından istifadə etmək hüququ yaradacaq. (Azərtac)
Xudafərin gömrük-keçid məntəqəsi yaradılır
11
yanvar
12:33

Qarabağ
KOMMENTLƏR
Azərbaycanla İran Xudafərinlə bağlı yekun razılığa gəlib - Ruhani
İrandan Qarabağa dair təkliflər
Xudafərin ətrafında 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb - RƏSMİ
Xudafərin körpüsünün yaxınlığında xüsusi iqtisadi zona yaratmaq olar - EKSPERT
Dövlət Gömrük Komitəsində ABŞ nümayəndə heyəti ilə görüş keçirilib -
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat