Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi çərçivəsində rayonlar və şəhərlərarası sərbəst hərəkətə qoyulan məhdudiyyətlə bağlı vətəndaşlara müraciət edib.
DİN BDYPİ-dən daxil olan məlumatda qeyd edilir ki, Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlər 2021-ci il 25 yanvar saat 00:00-dək uzadılıb.
Bunu nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha vətəndaşlardan müəyyən edilmiş qaydada icazəsi olmayanların respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd etməmələrini, göstərilən müddətədək səbirli olmaqla mövcud qaydalara ciddi riayət etmələrini xahiş edir.
DİN-dən bu həftə rayonlara getmək istəyənlərə müraciət
18
yanvar
11:22

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat