44 günlük Vətən Müharibəsi Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya göstərdi. Ordumuzun peşəkar zabitləri Vətən müharibəsində şücaət göstərərək qələbəni təmin etsələr də, onların bəzilərinə qarşı aqressiv, qanunsuz münasibət sərgilənir.
Unikal.org-un əldə etdiyi məlumata görə, Hərbi Prokurorluq tərəfindən Vətən Müharibəsində xüsusi fərqlənən, düşmənə qarşı mübarizədə şücayət göstərən zabitlərlə bağlı hər hansı əsas olmadan cinayət işi açılıb. Təbii ki, bu prosesə hərbi prokuror Xanlar Vəliyevin birbaşa nəzarət etdiyi bildirilir. Maraqlısı odur ki, hazırda saxta ittihamlarla istintaqa cəlb olunan zabitlərin əksəriyyəti vətənpərvər hərbiçilərdir. Amma Xanlar Vəliyev onlara qarşı qərəzli münasibət sərgiləyir və saxta ittihamlara qanunilik donu geyindirmək üçün istintaq müddətini əsası olmadan uzadır.
Onu da qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm 44 günlük Vətən Müharibəsi dövründə, həm də qələbədən sonra hərbişilərimizin şücaətini xüsusi dəyərləndirib. Minlərlə zabit və əsgərlərimizin orden və medallarla təltif olunması da buna əyani sübutdur. Amma Xanlar Vəliyev vətənpərvər zabitlərimizi həbsə göndərir. Müstəntiqlər isə aylarla hərbçiləri dindirmir və onlara psixioloji təsir göstərirlər.
Prezident döyüşən zabitləri təltif edir, Xanlar Vəliyev isə həbsə göndərir
19
yanvar
15:03

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat