Koronavirusa qarşı peyvənd yeni bir mutasiya meydana gələnə qədər təsirli olacaq. Virus isə təəssüf ki, tez-tez mutasiyaya uğrayır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının reanimasiya şöbəsinin həkimi Vadim Koçetkov bildirib.
Onun sözlərinə görə, əksər hallarda çox ştammı olan viruslara qarşı revaksinasiya tələb olunur, koronovirusun yeni növü ilə bağlı isə dəqiq bir şey söyləmək çətindir, bunu zaman göstərəcək.
Müsahib vaksinasiya zamanı ilk olaraq kəskin iltihabi xəstəlikləri olmayan orta yaşlı insanların peyvənd vurdurmalı olduğunu deyib.
“Daha yaşlı insanlar peyvəndlənərsə, onlarda daha çox ağırlaşma ola bilər. İlk növbədə mümkün allergik reaksiyaları nəzərdə tuturam”, - deyə o, əlavə edib.
Həkim kollektiv immunitet üçün əhalinin 70 faizinin vaksinasiyadan keçməli olduğunu bildirib. O, bununla belə, COVID-19-un hələ tam öyrənilməmiş virus olduğunu nəzərə alaraq qətiliklə nəsə deməyin düzgün olmadığını vurğulayıb.
“Ümid edirəm ki, yay mövsümünə yaxın ərəfələrdə maskaları tam ata biləcəyik”, - deyə o, sözlərini yekunlaşdırıb.
“Yayda maskaları ata biləcəyik“ - Həkim
21
yanvar
09:55

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda vaksinasiya necə aparılacaq? - Baş infeksionistdən AÇIQLAMA
Bu şəxslər üçün peyvənd təhlükəli ola bilər
Mutant virusun təhlükəsi: Artıq nəzarətdən çıxdı…
Rusiyalı həkimdən daha bir epidemiya xəbərdarlığı: “On milyonlarla insan öləcək“
"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat