“Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidə (NRYTN) ciddi kadr islahatları aparılır. Yeni nazir təyinatından sonra bunlar gözləniləndir”.
Bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.
AİF prezidentinin sözlərinə görə, hazırda bu serktorda həllini gözləyən bir neçə əsas problem var: “Bunlar həll edilmədən İKT sektorunda köklü dəyişikliklər, yeni çağırışlara cavab verən sistem qurmaq mümkünsüzdür.
İlk olaraq dövlət və özəl operator, dövlət və özəl provayder arasındakı ayrı-seçkilik aradan qaldırılmalıdır. Bütün qurumlara dövlətə məxsus rabitə resurslarından bərabər əsaslarla istifadə imkanı yaradılmalıdır. Dövlət operatorlarında korporativ idarəetmə və özəlləşdirməyə start verilməlidir.
Həmçinin dövlətə məxsus bütün rabitə resurslarından, yeraltı kommunikasiyalardan istifadə qaydaları hazırlanmalıdır. Rabitə xidmətlərindən istifadə ilə bağlı nazirliyin özü tərəfindən, bəzən də dövlət operatorlarının özlərinin müəyyən etdiyi ağlasığmaz tariflər yenidən işlənməlidir.
Bundan əlavə, sektorda Müstəqil Tənzimləyici qurum formalaşdırılmalı, kommersiya və tənzimləmə səlahiyyətləri ayrılmalıdır.
Eləcə də “Hər evə keyfiyyətli internet" dövlət proqramı yenidən işlənməlidir. Əhalinin 50%-nın yaşadığı kəndlərin optik və ya LTE texnologiya ilə internet təminatı həll olunmalıdır”.
“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır“ - Açıqlama
06
fevral
20:59

Qarabağ
KOMMENTLƏR
Yeni nazir nələr edəcək? – Rabitə problemləri…
Rayonlarda internetin bağlanacağı ilə bağlı xəbərə nazirlikdən REAKSİYA
İnternetin məhdudlaşdırılması aradan qalxır? - AÇIQLAMA
Regionlar da avtobusarda kartla ödəniş sisteminə keçə bilər
“Bölgələrdə vəziyyət daha çətindir” - Professordan Nazirliyə SƏRT TƏNQİD
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat