Uzun müddətdir Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova beşinci dəfə ana olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Bu barədə yazan ifaçı məlumatı təkzib edib:
“Üzümü tuturam bəzi saytlara, yığışdırın özünüzü! Reytinq xətirinə məni beşinci dəfə ana etmisiz. Mən 4 uşaq anasıyam. Beşinci uşaq olanda narahat olmayın hər kəs biləcək. Kim yazıb yığışdırın bu məlumatı. Beşinci uşaq dünyaya gələsi olsaydı gizlədiləsi heç bir şey yoxdur. Allah hər kəsə ana olmağı nəsib etsin. Hər deyilən sözə inanmayın. Boş verin”.
Qeyd edək ki, Rəqsanə biznesmen Fazil Əmiraslanovla ailəlidir. O, həyat yoldaşı ilə 2011-ci ildə məclislərdən birində tanış olduğunu bildirib. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəlib. Fazil Əmiraslanov Rəqsanənin iki qız övladını (Aysun və Yağmur) da öz soyadına keçirib. İş adamı ilə Rəqsanənin isə əkiz övladları var.скачать dle 12.1