Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) siyasi partiyalarla bağlı yeni şöbə yaradılır.
"Report"un əldə etdiyi məlumata görə, Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi Tarix İnstitutunda fəaliyyətə başlayacaq.
Artıq yeni şöbənin yaradılması və fəaliyyət istiqaməti İnstitutun Elmi Şurasının iclasının gündəliyinə salınıb və iclasda müzakirələrdən sonra təsdiqlənib.
Şöbənin yaradılması müasir Azərbaycanda siyasi partiya və təşkilatların artan rolu nəzərə alınaraq onların tarixinin tədqiqi və dövlətin müvafiq orqanlarına tövsiyələr verməsi məqsədi daşıyır.
Həmçinin həmin şöbəyə müdir vəzifəsinə isə Qafqaz tarixi şöbəsinin rəhbəri, tarix elmləri doktoru İradə Bağırovanın namizədliyi irəli sürülüb. İ.Bağırova 1979-cu ildən institutda çalışır. O, 1998-2002-ci illlərdə "Space" telekanalında ictimai-siyasi və informasiya üzrə direktor müavini vəzifəsində işləyib.
AMEA-da siyasi partiyalarla bağlı yeni şöbə yaradılır
18
fevral
10:23

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA