"Heç kimin xətrinə dəyməsin, hamı öz düşüncəsi ilə addımlayır. Zəngilana, Qubadlıya çağırdılar, getmədim. Dedim ki, gedə bilmərəm, hələ də şəhidlər gəlir. Orada konsert verməyi özümə yaraşdırmıram. Şəhidlərin qanı hələ soyumayıb. Gedib orada vur çatlasın edə bilmərəm".
Bu sözləri müğənni Elnur Məmmədov "Gün ortası" proqramında deyib. O, işğaldan azad edilmiş torpaqlarda konsert verənləri tənqid edib.
Elnur aparıcının "Elə bilirəm ki, Vaqif Gərayzadənin tələbələri arasında aqressiv münasibət var. Küsülüdürlər" sualına belə cavab verib:
"Bir verilişə gələndə deyirəm, ailə və sənət adamı haqda sual verməyin. Hamı qəribədir. Yaxşı fikir desən, məsləhət versən belə hər kəs özünü ağıllı bilib, yuxarıda görür deyə pis qəbul edir. Heç kimlə münasibətim pis deyil. İndi hamımız işləmirik, kər kəs evindədir, qorxuruq evdən çıxmağa. Kimləsə görüşmürəmsə, o demək deyil danışmırıq. Danışmadığım adamlar var. Hansısa bir xanımla münasibətim olmaya bilər. Normal qarşılayıram. Naz kimə yaraşır? Xanıma".
“Şəhidlərin qanı soyumayıb, gedib Qarabağda oxuya bilmərəm“ - Elnur Məmmədov
02
mart
18:12

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat