Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Ölkəmizdə gündəlik yoluxma sayı yenidən 400-ü keçib. Yoluxmaların artması karantin rejiminin növbəti dəfə sərtləşdirilməsi məsələsini aktuallaşdırıb. 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Tərlan Bəbirov Azvision.az -a açıqlamasında bildirib ki, ölkədə karantin rejiminin sərtləşdirilməsini, qapanmaların olmamasını istəyiriksə, mütləq hamı vaksinasiyadan keçməlidir.
"Qadağaların tətbiq edilməməsi üçün hamı peyvənd olunmalıdır. Bu, gələcəkdə problemlərin olmaması, ağır xəstələrin, ölüm hallarının çoxalmaması üçün vacibdir. Vaksinasiya ilə bağlı şayiələr gəzir. Lakin bunlar hamısı yalandır inanmaq lazım deyil".
T.Bəbirovun sözlərinə görə, mağaza, restoran və məktəblərin açılması səbəbindən yoluxmaların artması gözlənilən idi: "Vaksinasiya işi sürətlə getməlidir ki, insanlar yoluxmasın. Son günlər artımın olması təbiidir. Lakin biz vaksinasiya ilə bunu önləməliyik. Gecikmək olmaz. Əhali arasında maarifləndirmə vacibdir. Bizim həkimlər maarifləndirmə aparır, amma bu iş daha da sürətlənməlidir".
Xəstəxanada peyvənd mərkəzlərinin bayram günləri də açıq olacağını deyən baş həkim hər kəsi vaksinasiyaya dəvət edib.
"Bizim xəstəxanada bu günə qədər 1000-ə yaxın şəxs vaksinasiya olunub. Bura tibb işçiləri, 50 və 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası daxildir. Müraciət edənlər çoxdur və hamını peyvənd etməyə çalışırıq".
“Yoluxmaların artması gözlənilən idi” - Baş həkim
08
mart
12:52

Qarabağ
KOMMENTLƏR
“Novruz bayramı ərəfəsində qısamüddətli sərt karantin tətbiq edilə bilər” - Deputat
Azərbaycanda bu tarixdə iri ticarət mərkəzləri və “Mall”ar açılacaq – AÇIQLAMA
Koronavirusdan ölüm sayı niyə artır? - AÇIQLAMA
Karantin buna görə uzadıldı - Baş infeksionistdən açıqlama
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat