Milli Məclisin iclasında vitse-spiker Fəzail İbrahimli keçmiş məmurları tənqid edib.
F.İbrahimli onların vəzifədə olduğu müddətdə Azərbaycana böyük problemlər gətirdiyini diqqətə çatdırıb.
Vitse-spiker eks-məmurları oliqarx kimi xarakterizə edib.
“Yadınıza gəlirsə, bir zamanlar hökumət üzvləri parlamentin sorğularına cavab vermirdi. Ya da şöbə müdiri səviyyəsində cavablar verirdi”, - deyə F.İbrahimli əlavə edib.
Milli Məclis sədrinin müavini deyib ki, bu gün Azərbaycan təhsilinə və mədəniyyətinə ağır miras qalıb.
“Təsəvvür edin ki, təhsildə hansı problemlər olub. Mədəniyyət sahəsinə gəlincə, televiziyalarda bir-iki dəfə oxuyanlar xalq artisti adı alıblar. Haqqı olanlar isə kənarda qalıblar”.
Qeyd edək ki, Anar Kərimovdan əvvəl Mədəniyyət naziri postunu Əbülfəs Qarayev tutub.
Vitse-spiker Əbülfəs Qarayevi “vurdu": “Bir-iki dəfə oxuyanlar xalq artisti oldu"
16
mart
17:53

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat