FETÖ ittihamı ilə həbs edilən və bu günlərdə barəsində şərti həbs qərarı verilməklə azadlığa buraxılan azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Palmali Air” şirkətinə məxsus anqar satılıb. Anqarda işləyənlər isə işsiz qalıb.
Bu haqda “Airport Haber” portalı bildirir. Məlumatda deyilir ki, “Palmali Air” şirkətinin İstanbul Atatürk aerportundakı anqarı Mahmut Sami Çil adlı “digər azərbaycanlı iş adamına” satılıb. Anqarda işləyənlərin isə aeroport ərazisinə giriş kartları ləğv edilib. Onların yerinə yeni heyət gətirilib. Lakin əvvəlki işçilər rəsmən işdən çıxarılmadığı üçün onlara təzminat ödənilməyib. Şirkətin işçilərə əmək haqqı borcunun da qaldığı bildirilir. (Virtualaz.org)
Anqarın yeni sahibinin “Palmali Air” şirkətinin fəaliyyətini necə quracağı haqda məlumat olmadığı da deyilir. İnternet mənbələrində Mahmut Sami Çil adlı şəxsin barəsində məlumat əldə etmək mümkün olmayıb.
“Palmali Air” biznes-aviasiya şirkəti özəl sifarişlər əsasında çarter reysləri həyata keçirirdi, şirkətin arsenalında 2 ədəd “Falcon 7X” və 1 ədəd “Bombardier Challenger 300” tipli təyyarələr olub. 2015-ci ildə Mənsimovun “Palmali” şirkətlər qrupunun maliyyə vəziyyəti pisləşməyə başlayanda həmin təyyarələrdən ikisinin satışa çıxarııdığı haqda xəbərlər yayılmışdı.
Mübariz Mənsimovun şirkəti satıldı
17
mart
16:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat