Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Novruz bayramı öncəsi sürücülərə xəbərdarlıq edib.
Xüsusi texniki vasitələrlə, eləcə də yol polisinin müşahidələrinə əsasən bir sıra sürücülər idarə etdikləri avtomobillərdən ətrafa müxtəlif növ tullantılar atırlar: “Belə hallar paytaxtın ümumi görüntüsünə təsir etməklə yanaşı ekologiyanın çirklənməsinə xüsusən pandemiya dövründə müxtəlif növ infeksiyaların yayılmasına səbəb olur. Sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, bu cür xoşagəlməz addımlar əhalinin narahatçılığına və haqlı narazılığına səbəb olmaqla yanaşı həmçinin inzibati xətadır. Bu hal İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən məsuliyyət yaradır. Bir daha sürücülərdən xahiş edirik ki, bu növ qayda pozuntularını törətməkdən çəkinsinlər. Unutmamalıyıq ki, Novruz təbiətin insanlara bəxş etdiyi bayramdır. Ətraf, mühiti və təbiəti qorumaq isə özümüzdən asılıdır”.
Yol polisindən Novruz bayramı ilə əlaqədar sürücülərə xəbərdarlıq
18
mart
10:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat