Milli Məclisin deputatı Etibar Əliyev məhkəmənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin əleyhinə qərar çıxarmasına münasibət bildirib.
“Yeni Sabah”ın məlumatına görə, E.Əliyev deyib ki, Ramiz Mehdiyevin qanunsuz işlərindən biri məhkəmədə ifşa olunub.
“Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin əmriylə vəzifəsindən azad olunmuşdu. Onun yerinə isə 74 yaşlı Qərib Məmmədov təyin olunmuşdu. Martın 16-da Səbail rayon məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılıb.
Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar verib. Bu hadisə AMEA-nın tarixində bəlkə də ilk hadisədir. Sükanı möhkəm saxlayın...” – E.Əliyev qeyd edib.
“Ramiz Mehdiyevin qanunsuz işlərindən biri ifşa olunub”
21
mart
09:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat