Keçmiş deputat Rafael Cəbrayılovun borclu olduğu vətəndaşlar Baş Prokurorluğun qarşısına toplaşmağı planlaşdırır.
HİT.Az-a daxil olan məlumatda bildirilir ki, keçmiş deputatın “qurbanları” bu addımı Novruz bayramı ilə bağlı tətildən sonra atmağı qərara alıblar.
Rafael Cəbrayılovun toplam olaraq 1 milyon 550 min dollar borcu var. Onun borclu olduğu şəxslər isə aşağıdakılardır:
Təranə Fətəliyeva - 300 000 dollar
Məlahət Qurbanova - 580 000 dollar
Xatirə Nəcəfova - 200 000 dollar
Yusif Orucov - 200 000 dollar
Aynur Kazımova - 100 000 dollar
Şəfa Məmmədova - 80 000 dollar
Bəşir Məmmədov - 60 000 dollar
Allahverdi Səfərəliyev - 30 000 dollar.
Vətəndaşlar keçmiş deputat tərəfindən aldadıqları barədə Baş Prokurorluğa müraciət ediblər. Nəticədə Baş Prokurorluq yanında Korrupsiayaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. Lakin keçmiş deputatın borclu olduğu şəxslər iddia edir ki, cinayət işinin istintaqı dalana dirənib. Onlar bunu Rafael Cəbrayılovun güclü himayədarlarının olması ilə izah edirlər. Bu məsələdə keçmiş deputatın əsas hamisi kimi Milli Məclisin keçmiş spikeri, deputat Oqtay Əsədovun adı çəkilir.
Bu barədə mediada da yazılıb. Oqtay Əsədov isə iddiaları təkzib etməyib.
Rafael Cəbrayılov həm də borclu olduğu şəxslərdən biri ilə məhkəmə çəkişməsindən məğlub ayrılıb. Məhkəmənin qərarına baxmayaraq, keçmiş deputat borcunu ödəmək istəmir. İcra şöbəsinin bir neçə dəfə ona xəbərdarlıq etdiyi deyilir. Hətta Rafael Cəbrayılovun icra tələbini yerinə yetirmədiyinə görə ölkədən çıxışına “stop” qoyulması və min manat cərimə edilməsi nəzərdən keçirilir.
Keçmiş deputatın borclu olduğu şəxslər bildirir ki, o, borcunu ödəməkdən yayınmaq üçün müxtəlif üsullara əl atır. “Gah villasını satışa çıxarır, gah telefon nömrəsini. Bununla bizi arxayın salmağa çalışır. Amma biz başa düşürük ki, telefon nömrəsini satmaqla bu qədər borcu ödəmək mümkün deyil. Rafael Cəbrayılov sadəcə vaxt udmağa çalışır. İstəyir qalmaqal səngisin”, - deyə onun borclu olduğu vətəndaşlar qeyd edir.
Keçmiş deputatın borclu olduğu şəxslər hesab edir ki, Baş Prokurorluğun qarşısına toplaşaraq rəhbərliklə görüşə nail olmaq və cinayət işinin istintaqının sürətlənməsinə nail olmaq mümkündür. Onların fikrincə, Baş prokuror Kamran Əliyev məsələ barədə ətraflı məlumatlandırılandan sonra Rafael Cəbrayılovun himayədarları istintaq prosesinə hər hansı təsir göstərə bilməyəcək. “Biz Baş Prokurora müraciət etdikdən sonra cinayət işi başlandı. İndi də ümid edirik ki, baş verənləri onun diqqətinə çatdırsaq, hansısa nəticələr əldə etmək olar”, - borc sahibləri deyir.
Rafael Cəbrayılovun işi çətinləşir - Keçmiş deputatın "qurbanları" Kamran Əliyevə müraciət edir
23
mart
17:35

Qarabağ
KOMMENTLƏR
Milyondan çox borcu olan deputatdan İLGİNC ADDIM - Telefonunun nömrəsini satır
Rafael Cəbrayılov 1000 manat cərimələndi - Növbəti mərhələ həbsdir
Məhkəmə Rafael Cəbrayılovun iddiasını rədd etdi: Yalan məlumat verib
Ali Məhkəmə mandatını girov qoyan deputatla bağlı QƏRAR VERDİ
Rafael Cəbrayılovun deputat toxunulmazlığı götürüldü - RƏSMİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat