Xəbər verdiyimiz bir müddətdir ki, Salyan, Neftçala və Sabirabad rayonları ərazisində sahibkarlar əkin sahələrini suvarmaq üçün müəyyən problemlərlə qarşılaşırlar.
Bununla bağlı Moderator.az-ın redaksiyasına şikayət məktubu ünvanlayan sakinlər aidiyyatı qurumların biganəliyindən gileylənirlər.
Bildirilir ki, hələ 2017-ci ildə Melorasiya və Su Təsərrüfatı” ASC tərəfindən Sabirabadın Azadkənd kəndi ərazisində Kür çayından qidalanan 24 kilometr uzunluğunda dəyəri 38 milyon manat olan kanal inşa edilib. Bu kanal vasitəsilə rayonun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı və Ələhmədbəyli kəndlərinin 11 min 500 hektar əkin sahərinin suvarılması nəzərdə tutulsa da, kanalda hal hazırda su yoxdur.
Hazırda isə Sabirabadın Sarxanbəyli kəndində əkin sahələri “Sabir” kanalının şor suları ilə suvarıldığından torpaq sahələri şoranşalır.
Sakinlər bildirir ki, dövlətin mülkiyyəti olan torpağa şor su vurub bu cür korlamaq olmaz. Bu birbaşa torpağa xəyanətdir. Kürdə suyun səviyyəsi aşağı düşə, su qıtlığı ola bilər, amma bu o demək deyil ki, torpağı şor suyla suvarmalıyıq. 2030-2050-ci ildən sonra Kürdə suyun səviyyəsi bərpa olunduqdan sonra onda əkin əkməyə yararlı torpaq olmayacaq. Rayonun Azadkənd nasos stansiyasını qurmaq üçün dövlət ora 38 milyon xərc qoyub. Həmin kanalın bir qolu Sarxanbəyli və Moranlı kəndlərinin pay torpaqlarını suvarmaqdan ötrü “Sabir” kollektoruna qoşulur və ordan da Xəzər dənizinə tökülür. Rayondakı aidiyyatı qurumlar iddia edir ki, guya Kür çayına saniyədə bir kub şor su vururuq. Əkin sahiblərinin sözlərinə görə isə deyilənlər yalandır.
Kür çayının təmiz suyunu isə başqalarına satırlar. Hansı ki, ölkə başçısı qeyd edib ki, su kanalı çəkirsinizsə, ora tələbata uyğun olan təsərrüfatlar qoşulsun. Əgər kiminsə suya ehtiyacı varsa, məsələni qaldırın onların da problemini həll edək. Rayondakı bəzi məmurlar isə əkinləri şor suyla suvarıb təmiz suyu isə əkinə aidiyyatı olmayan başqa adamlara satırlar.
Araşdırmamız davam edir...
Sabirabadda pambıqçıların başına belə oyun açırlar... - NARAZILIQ!
29
mart
13:20

Qarabağ
KOMMENTLƏR
Neftçalada 1500 hektarlıq ərazidə qanunsuz balıq gölləri KİMİNDİR? - İDDİA
Salyanda Sudan İstifadə edənlər Birliyi niyə sahibkarlarla müqavilə bağlamır?-ŞİKAYƏT...
Xocavənddə 15 min hektar əkin sahəsi Azərbaycanın nəzarətinə keçib
Füzulidə fermerlərin suyu kəsilib – ƏKİN SAHƏLƏRİ YANIR
Ölkə ərazisində 56 min hektar sahədə səpin işi aparılıb
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu