“Çox güman ki, kollektiv immunitet yaranandan sonra pandemiyanın bitdiyini deyə biləcəyik. Bu isə əhalinin minimum 50 faizi koronaya yoluxduqdan və ya peyvənd olunduqdan sonra baş verə bilər. Lakin nəzərə alsaq ki, Azərbaycanda 1 il ərzində orta hesabla təxminən 1 milyon insan virusa yoluxub və ya peyvənd olunub, deməli kollektiv immunitetin yaranması üçün bizə 5 il vaxt lazımdır”.
Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.O bildirib ki, bundan sonra 4 milyon vətəndaşımız yoluxsa və ya peyvənd olunsa, karantin tədbirləri aradan qaldırıla bilər: “Ötən ildən bəri ölkədə 256 min insan koronavirusa yoluxub. Xəstəliyi asimptomatik və test vermədən keçirən şəxsləri də nəzərə alsaq, bu rəqəmlər ümumilikdə təxminən 500 minə yaxın insan deməkdir. İki ay ərzində peyvənd vurulanların sayı da 500 minə yaxındır. Yoluxanlarla peyvənd vurulanları nəzərə alsaq, bu, 1 milyon insan deməkdir. İndi isə 4 milyon insanın ya xəstələnməsi, ya da peyvənd olunması lazımdır. Əhalinin yarısı yoluxsa və ya peyvənd olunsa, o zaman toylar, mərasimlər və s. məsələlərlə bağlı qadağalar aradan qaldırıla bilər”.
"Ölkəmizdə pandemiya daha 4 il davam edə bilər" – Həkimdən BƏDBİN PROQNOZ
31
mart
18:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat