Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən verilən xəbərə görə, rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Asif Məmmədov saxlanılıb. Onun üzərinə və Xırdalan şəhərində yaşadığı evə baxış zamanı çəkisi 2 kiloqram 145 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, A. Məmmədov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələri satmaq məqsədi ilə ondan alıb.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə narkotik satan şəxs yaxalandı
02
aprel
16:34

Qarabağ
KOMMENTLƏR
Bakıda onlayn narkotik satan şəxslər saxlanıldı - VİDEO
Polisdən ƏMƏLİYYAT: SAXLANILAN VAR (VİDEO)
Polis kokain və ekstazi satan şəxsi saxladı
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Bakıda polis əməliyyatı:narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanıldı + FOTO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat