"Hər dəfə özümə söz verirəm ki, ağlamayım. Ağalamaqdan yorulmuşam. Mənim dünyada bir sevgim var: Allaha olan sevgi. Başqasını sevə bilmərəm. Onu ləkələyə bilmərəm".
Bu sözləri müğənni Mətanət Əsədova "Xəbər-ətər" verilişində deyib. Sənətçi qeyri-peşəkar ifaçıların məşhurlaşmasında aparıcıları günahlandırıb:
"Musiqimiz acınacaqlı vəziyyətdədir. Həyatımın 90 faizi musiqidir. İndi ona xələl gətirir, düzgün müşayiət etmirlər. Gördükcə, elə bilirəm yoxam. Görün, efirdə nələr oxunur, nələr edilir. Hamısının yolu açıq olsun. Amma sənətkarların əziyyətlə yazdığı mahnıları kimlər oxuyur? Sənətkarlar həssasdır. Ona vaxtında edin nə edirsinizsə. Elə sənətkarlarımız var ki, fəxri adları yoxdur. Bu cür ifaçıların efirə çıxmasında günahkar aparıcılardır. Olmaz, bir ifaçı gəlir verilişə. Onun öz tərzinə, səsinə uyğun mahnı oxutdur. Gətirib ona Rübabə Muradovadan, Şövkət Ələkbərovadan oxutdurursan. Onların ruhu ağrıyır, sağ olanlar isə əzab çəkir. Bunlar olmasa, sənətkarla o birilərin yeri bilinər.
Bir adamı təkrar-təkrar efirə niyə çağırırsınız? Olmaz ki, sənətlə reytinq yığasınız?".
Mətanət aparıcıları tənqid ETDİ - "Günahkar onlardır"
14
aprel
13:01

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat