İranda ötən sutka ərzində 21 312 nəfər koronavirusa (COVID-19) yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusa yoluxanların sayı 2 215 445 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 694 nəfərin vəziyyəti ağırdır.
İranda ötən 24 saat ərzində 319 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 66 327 nəfərə yüksəlib.
Ölkədə indiyədək 1 772 688 nəfər koronavirusdan sağalıb, 14,2 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə İranda 498 min vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 376 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 122 min təşkil edir.
Koronavirusa yoluxma üzrə 257 rayon qırmızı və 129 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 51 rayon sarı, 11 rayon isə mavi zona hesab olunur.
Qonşu ölkədə daha 319 nəfər koronavirusdan öldü
17
aprel
14:52

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat