“Allah banklara insaf versin, faizləri dayandırsınlar. Hər şey çox çətindir. Dilim başıma bəladır, amma haqqı demək lazımdır”.
Bu sözləri müğənni Xuraman Şuşalı karantinlə bağlı danışarkən deyib.
Sənətçi bildirib ki, əhali "dolana bilmir" və sosial vəziyyət yaxşı deyil:
“Gedişat heç yaxşı deyil. Yaxın olduğum, ünsiyyətdə olduğum adamlar var ki bu günlərdə çox acınacaqlı vəziyyətdədirlər. Maddiyyat baxımından vəziyyətləri pisdir, borcları var. Allah banklara insaf versin, faizləri dayandırsınlar. Hər şey çox çətindir. Dilim başıma bəladır, amma haqqı demək lazımdır.
Bir yaxınım deyir ki, evdə yeməyə heç nə yoxdur. Vəziyyət çətindir, işlər bağlıdır. Bu nə vaxt düzələcək? Bunun qarşısnı alan olacaqmı? Bir çözüm yolu tapılmalıdır artıq. Allah özü bu müqəddəs aya xatir yoluna qoysun məsələləri. Üsyan etmirik, şükür edirik, amma doğurdan da çətin vəziyyətdir”.
Müğənni bəzi yaxınlarının borclarını ödəyə bilmək üçün evsiz-eşiksiz qalmağa belə razı olduğunu qeyd edib:
“Elə ailələrlə danışıram ki, bank faizlərinə görə evlərini də satışa qoyublar. Heç satışa çıxarılan evi də alan yoxdur. Adamlar var ki, hər şeyini satışa çıxarıb ki, eybi yox evsiz-eşiksiz yaşayaq, amma bu borclardan canımızı qurtaraq. Çünki banklar artıq borc götürənlərə zamin dayananların da maaş kartlarını dondurublar. Biz bəzən kiməsə kömək etmək istəyəndə fikirləşirik ki, evi-eşiyi var. Amma baxın, bu gün evi olanlar da pis vəzikyyətdədir, çünki satsalar belə alan yoxdur. Camaatda ev almağa pul da yoxdur. Mən özüm də evimi satışa qoymuşam aylar əvvəl. Fakt budur ki, insanlarda pul yoxdur”.
“Adamlar var ki, hər şeyini satışa çıxarıb“ - Xuraman Şuşalı
17
aprel
17:21

Qarabağ
KOMMENTLƏR
“Soruşdum ki, oruc tutursan, dedi onsuz da acam...“ - Xuraman Şuşalı
Xuraman çəkiliş zamanı yıxıldı - VİDEO
Tanınmışlardan Nazpəri Dostəliyevaya dəstək: “Sözüm bitib, dilim quruyub“
“Bütün günü ağlayırıq, gözümüzün yaşı qurumayıb, toy vaxtıdır?!“ - Əməkdar artist
“9 ildir bununla mübarizə aparıram, amma alınmır” - Xuraman Şuşalı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat