Tanınmış teleaparıcı, prodüser Tarix Əliyev (Tolik) bu gün verilişi bağlanan həmkarı Zaur Baxşəliyevə dəstək olub.
Sosial şəbəkə hesabında bu haqda yazan Tolik Zaurun proqramının bağlanmaspına sevinənləri cahil adlandırıb:
“Çox cahilsiz, çox! Zaurun ilərlədir ki, efirdə saçları ağardı, xalqın kasıb təbəqəsinin dərdinə şərik oldu. Efirdə minlərlə xəstələrin şəfasına vasitəçi oldu, qarşınızda diz çökdü, hər zaman Allahına, xalqına şükür etdi. Hər zaman əlindən gələni etməyə çalışdı, amma indi bir günlük verilişi bağlandı deyə “İnstagram”da şərhlərdə sevinən cahillər ağzına gələni yazdı. Siz axı kimsiniz?! Həyatda özünə gün ağlamayan cahillər, nəinki cəmiyyətə, heç ailəsinə xeyri olmayan məxluqlar!”
O, vaxtilə öz verilişinin bağlanmağını xatırladaraq insanların hər zaman yıxılana balta vurduğunu qeyd edib:
“Dənizdən bir ton su götürülsə də yenə dənizdir. Zaura nə oldu ki? Nə tez sevindiniz? Amma o xəstələr var ki, Zaur onların xilaskarı olub, onların duası ona bəsdir. İt isə həmişə hürüb, karvan da keçib . Zaur elə həmin Zaurdur. Mənim də verilişim bağlananda itlər hürürdü, amma nə oldu? Verlişim olsa da, olmasa da Tolikəm. Bu cəmiyyətdə nə etsən də bir gün yadda qalır, ona görədə çalışasan düşməyəsən. Çünki ermənidən çox səni özününkülər vurmağa çalışacaq”.
Xatırladaq ki, "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" proqramı dəvət olunan vətəndaş tərəfindən efirdə səsləndirilən faktlara görə dayandırılıb.
Tolik Zaurun verilişindən danışdı: “Özünə gün ağlamayan, ailəsinə xeyri olmayan...“
21
aprel
19:24

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat