Azərbaycan Dövlət Dəmir Yolu Mərkəzi Dəmir Yol Xəstəxanası “Meduza FN” MMC ilə satınalma müqaviləsi imzalayıb. REPORTYOR.info xəbər verir ki, maliyyə dəyəri 44 970 AZN olan müqavilədə qeyri-maddi aktivlərin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Meduza FN” MMC 3 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Rəşid Bağırov küçəsi, ev 28/3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Seyidov Fehruz Yavər oğludur.
Göründüyü kimi, şirkət təxminən bir ay əvvəl yaranıb. Mərkəzi Dəmir Yol Xəstəxanasının 1 ay əvvəl yaranan 2 manatlıq şirkətlə müqavilə imzalaması müəyyən şübhələrə yol açır. Həmçinin, Dövlət Satınalmaları haqqında qanun “Meduza FN”lə müqavilə bağlamağa imkan vermir. Belə ki, Qanunun 6-cı maddəsinin 2.1 bəndinə əsasən, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır. Lakin “Meduza FN” MMC yeni yaranıb və MMC-nin 26 gün ərzində bu tələblərə cavab verməsi inandırıcı deyil.
2 manatlıq şirkətlə 50 min manatlıq müqavilə – Dəmir Yol Xəstəxanasının şübhəli tenderi
28
aprel
18:42

Qarabağ
KOMMENTLƏR
Vergi borcu olan şirkətlə 5 milyonluq müqavilə imzalandı - “Azərsu”dan qanundankənar əməliyyat
Sahil Babayev 1000 manata portret alır
"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
Qorxmaz Hüseynovun “tender oyunları” davam edir
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat