“Bu, mənim üçün yeni sahədir. Çalışacağam ki, öhdəsindən gəlim”.
Bunu açıqlamasında “Space” kanalına yeni rəhbər təyin edilmiş Ülviyyə Mikayılova deyib. O, kanalın rəhbərliyinin ona həvalə edilməsini böyük etimad kimi qiymətləndirib: “Bu vəzifə həm də çox böyük məsuliyyətdir. Mən çalışacağam ki, vəzifəmin öhdəsindən gəlim. Kanalda hansı yeniliklər edəcəyim barədə danışmaq hələ tezdir. Gedib işimlə tanış olduqdan sonra bu barədə danışa bilərəm.
Yeni sahə hamı üçün çətindir. Amma ümidvaram ki, bu işin də öhdəsindən gələcəyəm”.
Qeyd edək ki, 1959-cu il təvəllüdlü Ü. Mikayılova eyni zamanda ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.
Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.
“Mənim üçün yeni sahədir” - “Space”in rəhbəri
05
may
14:04

Qarabağ
KOMMENTLƏR
"Space" maarrifləndirici televiziya olmalıdır" - Ülviyyə Mikayılova
"Space" TV-yə yeni rəhbər təyin olundu - FOTO
"Space"in yeni rəhbəri Vaqif Mustafayevin daha bir kadrını işdən çıxardı
“Space” telekanalı hind filmlərinin yayımını dayandırır? - AÇIQLAMA
Space TV-nin yeni rəhbəri kim olacaq? - İDDİA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat