“Kontakt Home” 470 manat kredit borcuna görə 44 günlük döyüşdə ağır yaralanmış Cavid Aşirovu məhkəməyə verib!”.
Bu sözləri Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu özünün Facebook səhifəsində yazıb. O qeyd edib: “İnanıram ki, "Kontakt Home"nin rəhbərliyi bilsə, 470 manata görə qazini incitməyə razı olmaz! Hələ heç əlillik dərəcəsi verilməyib qazimizə!”.
R.Kərimoğlu sözügedən şirkətin haqsızlıq etdiyini düşünür.
İqtisadçı-alim Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında sözügedən iddiaya münasibət bildirdi. Onun sözlərinə görə, məsələni şişirtməyə ehtiyac yoxdur:
““Kontakt Home” və bəzi belə şirkətlər ən böyük monopolistdirlər. Mənim onları müdafiə etmək fikrim yoxdur. Lakin məsələ ondan ibarətdir ki, onların daha böyük qəbahətləri var.
Həmin qəbahətləri görməzdən gələrək ucuz sensasiya yaradılmasına, sonra isə şirkətin borcu bağlamaq adı ilə piar kampaniyası aparmasına şərait yaradılmamalıdır.
Təəssüf ki, analoji hallardan sui-istifadə halları çoxdur. Beləliklə, süni ajiotaj yaradılır. Və əslində oxşar məlumatlar məqsədli şəkildə yayılır. Bu, diqqəti yayındırmaq üçündür.
Çünki bizim daha ciddi problemlərimiz var. Həm də YAŞAT Fondunun qazilərə göstərdiyi dəstək göz qabağındadır. Fikrimcə, yaradılan imtiyazlar istisna olmaqla qazilərlə digər insanlar qanun qarşısında bərabər olmalıdırlar.
Özəl şirkətin hansı qərar verəcəyi onun özündən asılıdır. İstənilən halda şirkəti günahlandırmaq doğru deyil. Təkrarlayıram, belə informasiyalar məqsədli şəkildə tirajlanır və nə qazilərə, nə də dövlət qurumlarına başucalığı gətirir. Cəmiyyətə isə xeyri yoxdur”.
“Kontakt Home” qazini məhkəməyə verib: - “Şirkətin böyük qəbahətləri var”
17
may
15:04

Qarabağ
KOMMENTLƏR
“Kontakt Home”, özünüz axmaqsız, elə bilirsiz…" - Müştəridən ETİRAZ
"Kontakt Home"dan "Müştəriyəm, şikayətim var" qrupunu alması iddiasına cavab: - "Gülərək qarşıladıq..."
"Kontakt home"-la bağlı böyük qalmaqal: Şirkətə sanksiya tətbiq oluna bilər
"Kontakt Home" haqqında gedən şikayətlərə görə məşhur Facebook qrupunu alıb - İDDİA
“Kontakt Home” güzəşt etmək fikrində deyil- Kreditlər ödənməlidir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat