“Azəriqaz” İstehsalat Birliyi Qobudakı 5 küçənin qazlaşdırılmasını sanki “qiyamətə saxlayıb”.
Bu barədə Yenicag.az-a məlumat verən sakinlərin sözlərinə görə, ötən il Qobuya qaz çəkilsə də, 60 ailənin məskunlaşdığı 5 küçə mavi yanacağa həsrət qalıb.
Sakinlərin sözlərinə görə, problemlə əlaqədar “Azəriqaz”a dəflərlə müraciət etsələr də, nəticə olmayıb. Son məqamda “Azəriqaz”dan onlara bildirlib ki, həmin ərazi qazlaşdırma planına düşməyib. Ərazi nə vaxt plana düşəcəksə, o zaman Qobudakı sözügedən 5 küçəyə qaz çəkiləcək.
“Azəriqaz”dan əli üzülən sakinlər son ümid yeri kimi prezident İlham Əliyevə məktub yazıblar. Dövlət başçısına məktub yazıldıqdan sonra Prezident Administrasiyasından Qobuya nümayəndə gəlib və əraziyə hələ də qaz çəkilmədiyinə təəccüblənib. O, məsələ ilə ciddi məşğul olacağına və 5 küçənin qazlaşdırılacağına söz verib.
Bu vədin üstündən 8 ay keçməsinə baxmayaraq, Qobunun o 5 küçəsinə hələ də qaz çəkilməyib. Nəticədə paytaxt Bakının obrazlı desək, bir addımlığında yerləşən qəsəbənin sakinləri ucqar dağ kəndindəki kimi odun yandırmaq məcburiyyətində qalıblar.
Qeyd olunan ərazinin sakini Çingiz Rzayev bildirib ki, həmin küçələrdəki evlərin sənədləri tam qaydasındadır və əraziyə qaz çəkilişinə mane olan hər hansı səbəb yoxdur:
“5 ildir, burada qanuni əsaslarla ev tikib yaşayırıq. Ancaq dağ kəndlərinin əhalisi kimi hələ də odundan istifadə etmək məcburiyyətindəyik. Çünki qəsəbədəki ətraf küçələrin hamısı qazlaşdırılsa da, bizim ərazidəki 60 ailənin məskunlaşdığı 5 küçəyə qaz çəkilmir. Elə bir vəziyyət yaranıb ki, qaz çəkilən küçələrə həsəd aparırıq”.
Qobuda qazlaşdırılmayan 5 küçədə yaşayan Arif Rəhimov, Çingiz Rzayev, Valeh Cabbarov və ərazidə yaşayan digər sakinlər adından ölkə rəhbərliyinə müraciət edilərək problemin, nəhayət aradan qaldırılması xahiş olunub.
"Azəriqaz"dan vətəndaşlara SİTƏM... - GİLEY
17
may
17:33

Qarabağ
KOMMENTLƏR
"Azəriqaz" vətəndaşa belə problem yaradır... - 10 gün ərzində 122 manat qaz pulu yazılıb
"Azəriqaz" Gəncədə belə iş görürmüş... - NARAZILIQ!
"Azəriqaz" vətəndaşa belə problem yaradır... - GİLEY
İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır
“Azəriqaz”dan Misir Mərdanovun ailəsi ilə məhkəmə çəkişməsinə açıqlama gəldi...
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu