Xəbər veridiyimiz kimi bir neçə gün əvvəl KİV-də "Space" teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılovanın istefa verməsi barədə məlumat yayılıb.
Məsələ ilə bağlı Ülviyyə Mikayılova ilə əlaqə saxladıq. O Yeniavaz.com-a bildirdi ki, mətbuata açıqlama vermir: "Mən müəlliməm və mətbuata heç bir açıqlama vermirəm, inciməyin".
Ü. Mikayılova istefa verməsi ilə bağlı yayılan iddialar barədə ünvanladığımız sualı isə cavabsız qoyaraq zəngi sonlandırıb.
Qeyd edək ki, may ayının 5-də "Space TV"yə rəhbər təyin olunan Ü. Mikayılova, bu vaxta qədər ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri olub.
Xatırladaq ki, 2006-2021-ci illərdə “Space TV”nin rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbəri vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.
"Space TV"nin yeni rəhbəri istefa verib? – Nə hə, nə də yox deyir
19
may
15:36

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat