Bu gün daha bir Vətən müharibəsi şəhidinin doğum günüdür.
Şəhid Tarverdiyev Qürbət Rasim oğlu 1998-ci il mayın 21-də Xaçmaz rayonunun Nərəcan kəndində anadan olub.
Q.Tarverdiyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb.
22 yaşlı vətənpərvər hərbçimiz Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib. Xocavənd və Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edən Q.Tarverdiyev qorxmaz və mərd döyüşçü olub.
Oktyabrda Füzuli istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına döyüş tapşırıqlarını yerinə yetirən Q.Tarverdiyev oktyabrın 5-də şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Tarverdiyev Qürbət Rasim oğlu ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Xatırladaq ki, bu gün həm də Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi şəhidi İsmayılov Emin Tahir oğlunun da doğum günüdür.
22 yaşında şəhidlik zirvəsinə ucalan Qürbət Tarverdiyevin doğum günüdür
21
may
16:04

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat