Son vaxtlar bəzi müğənnilərin şəxsi həyatı ilə gündəmə gəlməsi sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biridir. Bəzi istifadəçilər müğənnilərin gənclərə pis örnək olduqlarını iddia edir.
Məsələ ilə bağlı danışan müğənni, cazmen Cavan Zeynallı sənətçilərin efirdə şəxsi həyatları barədə danışmasının əleyhinə olduğunu qeyd edib:
“Bilirsiniz, həyat tamam ayrı yöndə irəliləyir. Cavanların beyni artıq ayrı cür işləyir və ona görə burada problemlər meydana çıxır. Mən o vaxtların adamıyam, bilirəm ki, o zamanlarda həyat necə idi. O vaxtlar belə problemlər olmurdu. Başımızı aşağı salıb işləyirdik. Amma bu gün adamlar bilmir ki, sabah başlarına nə gələcək. Ona görə də bəzən səhvlər edirlər. Efirlərə çıxıb, sosial şəbəkələrdə oturub şəxsi həyatla bağlı söhbət etmək olmaz”.
75 yaşlı sənətçi bəzi həmkarlarının bu tip mövzularla gündəmdə qalmağa çalışdığını qeyd edib:
“Sanki kimsə bizim sənətçilərə dedi ki, əgər məşhur olmaq istəyirsənsə, xalqın diqqətində qalmaq isyirsənsə, mütləq skandal etməlisən. Mən o vaxt belə şeylər görməmişəm. Son illər bu tip skandallar daha da qabardıldı. Hamı populyar olmaq istəyir, ona görə tez-tez özəl həyatlarından danışırlar.
Mən heç vaxt belə mövzulara girmirəm, çalışıram qalmaqallardan, skandallardan kənarda qalım. Bu yaşımda mən televizorun qarşısında əlimdə pultla otururam. Efirlərə baxram, elə ki, gördüm bu tip söhbətlərə keçdilər, tez kanalı çevirirəm. Belə şeylərə qarışmadığım üçün də məni sevirlər. Tək istedadıma görə yox, insan kimi də sevirlər. Sənətçi gərək birinci insan olsun. Yoxsa, bəzisi başlayır ki, “Mən nömrə birəm”, “Avropaya, Türkiyəyə gedirəm” və s. A kişi, birinci adam olun”.
“Efirdə həmin söhbətlər olanda kanalı dəyişirəm“ - Cavan Zeynallı
24
may
22:53

Qarabağ
KOMMENTLƏR
Cavan Zeynallıdan qalmaqallı sözlər
Nadir Qafarzadədən karantinə ETİRAZ: “Pozğunluq baş alıb gedəcək...“
İkinci dəfə evlənən Hüseyn: "Hamı məni təhqir etdi"
"Firəngiz Əlizadə Bəstəkarlar İttifaqını özəlləşdirib, əri işə piyada gəlmişdi, indi ''BMW''-də gəzir
Sağ ikən “öldürülən” MƏŞHURLARIMIZIN SİYAHISI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat