Ağcabədidə 15 yaşlı qız ana olub.
Xəzər TV xəbər verir ki, doğum şöbəsinin müdiri Nəzakət Quliyevanın sözlərinə görə, qız doğum şöbəsinə ağrılar və bölgə yanı mayenin axmasıyla daxil olub.
Nənəsi Şərəf xanım isə deyir ki, onlar qızın ərə getməsinə razı olsalar da əslində toyu 18 yaşa çatanda etməyi nəzərdə tutublar. Lakin azyaşlının 24 yaşlı həyat yoldaşı Sadiq Cəfərovun anasının erkən yaşda rəhmətə getməsi bu məsələni tezləşdirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da məsələyə münasibət bildirib. Deyib ki, erkən nikah çox vaxt yaşlı nəslin nümayəndələrinin normal bildiyi hərəkət olsa da artıq bəzi savadlı ailələrdə də bu hal müşahidə olunur.
Ağcabədi rayon polis şöbəsindən isə bildirilib ki, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Azərbaycanda 15 yaşında ana olan qızı kim məcbur edib?
02
iyun
10:20

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat