Əlilliyi müəyyən edilmiş uşaqların müavinətləri artacaq.
Bunu apa-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.M. Quliyev deyib ki, bu gün Əmək və sosial siyasət komitəsində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əlavə və dəyişikliklər, bununla bağlı da 60 qanunvericilik aktına əlavə və dəyişikliklər müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub: “Dəyişikliklərdən biri “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” ifadəsinin qanunvericilikdən çıxarılması və bunun əvəzinə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsinin əlavə edilməsini nəzərdə tutur. Bu da imkan verəcək ki, uşaqlara da böyüklər kimi sağlamlıq imkanlarının itirilmə faizinə görə müavinətlər müəyyənləşsin. Beləliklə, uşaqlara böyüklər kimi sağlamlıq imkanlarının itirilmə faizinə görə əlilliyin müəyyən edilməsi ilə əlaqədar həmin uşaqların da müavinətlərində xeyli artım olacaq. Qanunun gələn il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur”.
Əlilliyi müəyyən edilən uşaqların müavinətləri artacaq
02
iyun
21:40

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat