Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC "LPRS 777" MMC ilə maliyyə dəyəri 6 273 470 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.
HİT.Az xəbər verir ki, müqavilədə mənzil və kommunal təsərrüfatı ilə bağlı subsidiyaların verilməsi nəzərdə tutulub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “LPRS 777” MMC-nin 20 may 2019-cu il tarixdə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 5 AZN olan şirkətin hüquqi ünvanı Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Səmədov Səməd Əhmədxan oğludur.
Açıq mənbələrdə “LPRS 777” MMC və Səməd Səmədov barəsində heç bir məlumat yoxdur. Şirkətin bundan əvvəl tenderdə iştirakına dair hər hansı fakta da rast gəlinmir.
Bakı Şəhər İcra Hakimiyyətinin nizamnamə kapitalı 5 manat olan və tanınmayan şirkətlə 6 milyonluq müqavilə imzalaması keçirilən tenderin şəffaflığına şübhələri artırır.
Bəzi ehtimallara görə, “LPRS 777” MMC şübhəli satınalma müsabiqələrində istifadə edilmək üçün yaradılıb. Onun qanuni təmsilçisinin proxy şəxs olması da istisna deyil.
Eldar Əzizovdan 6 milyonluq şübhəli müqavilə
07
iyun
16:25

Qarabağ
KOMMENTLƏR
Mingəçevirdə tender maxinasiyaları - İlham İsmayılov dövlət büdcəsini belə dağıdır
Neftçalanı “işıqlandıran” 2 aylıq şirkət kimindir? – Mirhəsən Seyidovun 18 min manatlıq şübhəli müqaviləsi
Sahil Babayev 1000 manata portret alır
Eldar Əzizov quzunu qurda tapşırdı - Meriyadan yarım milyonluq tender
"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat