“Bu gün azad edilmiş Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Çünki bu səfər Azərbaycanda səbrsizliklə gözlənilirdir və bilirəm ki, böyük maraq doğurur. Bu gün buradan, qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq. Bunun böyük əks sədası olacaq”.
Bu sözləri Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.
“Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaq. Şuşa şəhəri işğaldan keçən ilin noyabrın 8-də azad edilib. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayaları görərkən başa düşür ki, alınmaz qala sayılan bu şəhəri azad etmək böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı, Azərbaycan bayrağını ucaltdı. Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir”, deyə dövlət başçısı qeyd edib.
“Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq” - İlham Əliyev
15
iyun
18:15

Qarabağ
KOMMENTLƏR
"Şuşanın azad edilməsi Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi" - Ali Baş Komandan
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak etdi - VİDEO
İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI
"Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm" - Prezident
“Övladlarımız əlbəyaxa döyüşlə Şuşada bayraq qaldırdı” - Ali Baş Komandan
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat