Nəsimi rayonunda "Qarabağ” ordeni ilə təltif edilmiş Vətən müharibəsi Şəhidi Ibrahim Abdullayevin ordeni anası Nərgiz Abdullayevaya təqdim edilib.
Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə mərasimi açıq elan edən rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.
Qeyd olunub ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Yusif Mirzəyev Şəhid baş leytenant Abdullayev Ibrahim Habil oğlunun keçdiyi döyüş yolu barədə ətraflı məlumat verərək qeyd etdi ki, Vətən müharibəsindəki xidmətləri nəzərə alınaraq o, Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə "Qarabağ” ordeni, "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Sonra "Qarabağ” ordeni ilə təltif edilmiş Vətən müharibəsi Şəhidi Ibrahim Abdullayevin ordeni anası Nərgiz Abdullayevaya təqdim edilib.
Çıxış edən şəhid anası Nərgiz Abdullayeva göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib.
Şəhid Ibrahim Abdullayevin ordeni anası Nərgiz Abdullayevaya təqdim edilib
02
iyul
17:20

Qarabağ
KOMMENTLƏR
Qazilər Yasamal İH-də vəzifəyə təyin edildi
Daşkəsəndə şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsi iştirakçılarına medalları təqdim edilib
Daşkəsəndə Vətən müharibəsi şəhidi Elməddin Vəkilov dəfn edildi — FOTOLAR
Qubadlı Rayon İcra Hakimiyyəti Qarabağ şəhidlərini belə yad etdi
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat