“Azərbaycanda məhərrəm ayı avqustun 10-da başlayır. Həmin tarixdən 60 gün sonra məhərrəmlik başa çatır”.
Bunu “ölkə.az”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.
Azərbaycanda iyulun 1-dən etibarən 150 nəfərədək toyların keçirilməsinə icazə verilib. Avqustun 10-dan isə məhərrəmlik başlayır.
Bir ildən artıq müddətdə toyların keçirilməməsi, üstəlik “Delta” ştammı ilə əlaqədar bir çox ölkələrdə yenidən karantin tətbiq edilməsini nəzərə alaraq insanlar toylara yenidən qadağa qoyulacağını düşünürlər.
Hacı Şahin isə söyləyib ki, Məhərrəmlik matəm ayı sayılır:
“Ümumiyyətlə, bu ayda İmam Hüseynə hörmət əlaməti olaraq insanlar əsrlərdir Azərbaycanda şadlıq mərasimləri keçirmirlər.
Ona görə də güman etmirəm ki, məhərrəm ayında insanlar toy etsin. Çünki səfər ayı bir matəm kimi də qeyd olunur. Hər bir halda insanlar, yəqin ki, həmişə olduğu kimi buna riayət etməyə çalışacaqlar”.
Məhərrəm ayının daxil olacağı tarix bəlli oldu
08
iyul
17:43

Qarabağ
KOMMENTLƏR
Məhərrəmlik ayında toy etmək olar? - İlahiyyatçı "hə" dedi, restoranlara müraciət varmı...
Hacı Şahin kütləvi iftarlardan danışdı - “Təşkil etməyin”
Məhərrəm ayının xüsusi bir qadağası yoxdur - Hacı Şahin
Bu gün Məhərrəm ayı başlayıb
"Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq" - Hacı Şahin
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat