"Ermənilər Xankəndində özləri üçün "xiyaban" yaratmışdılar. Azərbaycanlı əsirləri aparıb erməni qəbirlərinin qarşısında başlarını kəsərək bizə göstərirdilər. Onlar bunu xüsusi qəddarlıqla edirdilər və həzz alırdılar”.
Bunu "Report"a açıqlamasında Birinci Qarabağ müharibəsi zamanı 343 gün erməni əsirliyində olmuş keçmiş hərbçi Famil Əliyev deyib.
O bildirib ki, erməni vandalları qadın, qoca, uşaqlar da daxil olmaqla bütün azərbaycanlı əsirlərə amansız işgəncə verirdilər:
"Gec-tez məni də öldürəcəklərini düşünərək əsirlikdən qaçmaq üçün plan qururdum. Dekabrın 9-dan 10-na keçən gecə bizi Füzuliyə işləməyə gətirdilər. “KamAZ” markalı bir neçə avtomobilə daş yükləyəndən sonra bizə 10 dəqiqə istirahət verildi. Həmin gün yanımızda yalnız bir nəfər - David adlı nəzarətçi vardı. Mən və 3 yoldaşım yorğun və ac-susuz olmağımıza baxmayaraq, erməni nəzarətçinin üzərinə atıldıq və silahını da alaraq tərkisilah etdik. Mən onu öldürmək istəyirdim, lakin orada qayda belə idi ki, bir azərbaycanlı bir ermənini öldürüb qaçırdısa, onun yerinə 3 azərbaycanlı əsiri güllələyirdilər. Mən ona görə onu öldürmədim ki, qalan əsirlərimizi öldürməsinlər. Biz onların əl-qolunu bağlayaraq zirzəmiyə atdıq. Beləcə, əsirlikdən qaçış planımız baş tutdu....", - o deyib.
343 gün erməni əsirliyindəki azərbaycanlılar necə qaçdılar? - VİDEO
10
iyul
11:10

Qarabağ
KOMMENTLƏR
“Ermənilər azərbaycanlı əsiri diri-diri yandırdılar” - Zərərçəkmiş
Kamerada 40-a yaxın azərbaycanlı vardı, işgəncələrə dözməyənlər intihar etdi - Əsirlikdə olan şəxs - VİDEO
Azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlısının həbs müddəti uzadıldı
Azərbaycanlı əsirlərə verilən işgəncələrə dair faktlar açıqlandı
“Bizə heç su da vermirdilər” - Əsirlikdən qayıdan azərbaycanlı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi