Cinayət aləmində “Rəşad Gəncinski” kimi tanınan kriminal avtoritet Rəşad İsmayılova qarşı Moskvada ittiham irəli sürülüb.
APA-nın məlumatına görə, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İdarəsinin nümayəndəsi Yuliya İvanova bildirib ki, R.İsmayılov Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (cinayətkar ierarxiyada yüksək post tutmaq) ilə ittiham olunur.
Y.İvanovanın sözlərinə görə, R.İsmayılovun 2013-cü ildən başlayaraq 7 il ərzində “qanuni oğru” olduğu müəyyən edilib, bu səbəbdən də ona qarşı 210.1-ci maddə üzrə ittiham elan olunub. Eyni zamanda istintaq nəticəsində onun 2009-cu ildə törədilmiş qətllə əli olduğu müəyyənləşib.
Bununla əlaqədar R.İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 105-ci (qətl) və 222-ci (qanunsuz silah dövriyyəsi) maddələri üzrə ittiham irəli sürülüb.
Müəyyən edilib ki, 2009-cu il mayın 13-də axşam R.İsmayılov cinayət ortaqları ilə birgə Moskvanın İsmaylovsk şossesindəki kafelərdən birinə gələrək avtomobilə odlu silahdan atəş açıb, nəticədə iki kişi öldürülüb.
İstintaqın versiyasına görə, R.İsmayılov öldürdüyü şəxsləri yaxın tanışlarının qətlində günahkar hesab edərək bu əməli törədib.
İstintaq hazırda “Rəşad Gəncinski”nin Rusiya paytaxtında digər cinayət əməllərinin olub-olmadığını araşdırır.
Kriminal avtoritet “Rəşad Gəncinski”yə qarşı ittiham irəli sürüldü
12
iyul
23:56

Qarabağ
KOMMENTLƏR
Baş həkim vətəndaşın 280 min manat pulunu ələ keçirdi - DƏLƏDUZLUQ
Bacısı Azərbaycanda ərdə olan erməni generala yeni ittiham - Video
“Zaminbank”ın həbs edilən vəzifəli şəxsindən XƏBƏR VAR
Fəxrəddin Abbasov həbsxanada intihar etdi
Ermənistanda sabiq nazir müavini də daxil olmaqla, 12 nəfər həbs edildi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat